Gizlilik Siyasəti
Son yenilənmə: 26 Aprel 2026
1. Topladığımız məlumatlar
Biz xidmətimizi təmin etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün zəruri olan məlumatları toplayırıq: ad, soyad və e-poçt ünvanı. Sosial media girişlərindən (İnstaqram və s.) istifadə olunmur.
2. Ödəniş və Kart Məlumatlarının Qorunması
Sizin təhlükəsizliyiniz bizim üçün prioritetdir. Biz heç bir halda kart məlumatlarınızı (kart nömrəsi, CVV və s.) öz serverlərimizdə saxlamırıq. Bütün ödəniş əməliyyatları beynəlxalq PCI DSS (Payment Card Industry Data Security Standard) təhlükəsizlik standartlarına tam uyğun olan rəsmi ödəniş tərəfdaşlarımız vasitəsilə şifrələnmiş şəkildə həyata keçirilir.
3. Məlumatların istifadəsi
Topladığımız məlumatlar yalnız hesabınızın idarə edilməsi, sizə xidmət göstərilməsi, ödənişlərin təsdiqi və mühüm xidmət bildirişlərinin göndərilməsi üçün istifadə olunur.
4. Məlumatların Təhlükəsizliyi
Sizin fərdi məlumatlarınızın qorunması üçün SSL/TLS şifrələmə protokollardan və müasir təhlükəsizlik divarlarından istifadə edirik. Məlumatlarınızın icazəsiz şəxslər tərəfindən əldə edilməsinin qarşısı bütün texniki imkanlarla alınır.
5. Məlumatların Silinməsi
İstifadəçilər istənilən vaxt öz məlumatlarının silinməsini tələb edə bilərlər. Bunun üçün info@promptazmusic.com ünvanına müraciət edə bilərsiniz. Sorğunuz qəbul edildikdən sonra 3 iş günü ərzində bütün fərdi məlumatlarınız sistemdən həmişəlik silinəcəkdir.
info@promptazmusic.com